
Bu gün Azərbaycanda matəm günüdür
Dekabrın 26-sı Azərbaycanda matəm günüdür.
Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm gününün elan olunması barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.