MBBİ-nin əməkdaşının məqalələri “Kaspiy”, “Bakinskiy raboçiy” və “Elm” qəzetlərində dərc olunub
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının müdiri, REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyasının baş elmi işçisi, REA Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fizika və Texnologiya İnstitutunun professoru, biologiya elmləri doktoru, REA-nın müxbir üzvü, Rusiya Federasiyasının əməkdar elm xadimi Süleyman Allahverdiyevin “Kaspiy” qəzetində “Ən perspektivli mühüm alternativ”, “Bakinskiy raboçiy” qəzetində “Bu bizim ölkəmiz, bizim həyatımızdır”, “Elm” qəzetində “Günəş enerjisi tükənməzdir” adlı məqalələri nəşr olunub.