Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayeva adına Fiziologiya İnstitutu Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 2 yer
2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):
2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına):
Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: - 1 yer
2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (büdcə hesabına):
Elmlər doktoru hazırlığı üzrə doktorantura: - 3 yer
2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 2 yer ( 1 yer qiyabi büdcə hesabına, 1 yer əyani ödənişli əsaslarla):
2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (qiyabi büdcə hesabına):
Elmlər doktoru hazırlığı üzrə dissertantura: - 2 yer
2411.01 “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (ödənişli əsaslarla):
2406.02 “Biokimya” - ixtisası üzrə - 1 yer (büdcə hesabına):
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir. (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq).
Tel.: (+994 12) 432 98 99