AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2415.01 – “Molekulyar biologiya” – 3 yer (əyani); NDU üçün 1 məqsədli yer (qiyabi)
2406.02 – “Biokimya” - 1 yer (əyani);
2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 1 yer (əyani);
2424.01 - “Riyazi biologiya, bioinformatika” – 1 yer (əyani);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:
2411.02 – “Bitki fiziologiyası” - 1 yer;
Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:
2406.02 – “Biokimya” - 1 yer;
2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” - 1 yer
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 16.04.2024 – 15.05.2024 tarixlərində təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.
Tel.: (+994 50) 450 04 16