Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisas üzrə qəbul elan edir:
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura | Elmlər doktoru hazırlığı üzrə doktorantura |
2414.01 – Mikrobiologiya – 1 yer (əyani, büdcə hesabına) 2430.01 – Mikologiya – 1 yer (əyani, büdcə hesabına) | 2414.01 – Mikrobiologiya – 1 yer (qiyabi, ödənişli əsaslarla) 2430.01 – Mikologiya – 1 yer (qiyabi, büdcə hesabına) |
Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura | Elmlər doktoru hazırlığı üzrə dissertantura |
2414.01 – Mikrobiologiya – 1 yer (büdcə hesabına)
| 2414.01 – Mikrobiologiya – 1 yer (büdcə hesabına) 2430.01 – Mikologiya – 1yer (ödənişli əsaslarla) |
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirililəcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Müraciətlər portal.edu.az vasitəsilə 16 aprel – 15 may 2024-cü il tarixlərindək qəbul ediləcək.
Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na (3.6; 3.7; 3.8 və 3.9 bəndlər) əsasən həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslər sentyabr ayında keçirilən Fəlsəfə (4, 5, 6 sentyabr 2024-cü il tarixlərində) və ixtisas (9, 10, 11 sentyabr 2024-cü il tarixlərində) fənlərindən imtahana buraxılırlar. Xarici dil imtahanının keçirilməsi üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndəriləcəkdir. Xarici dil imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Xarici dil imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənilir.
Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.