23-24 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın mövzuları
1. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti;
2. 1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi;
3. Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələri;
4. Müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr;
5. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi məsələləri;
6. Ulu Öndər Heydər Əliyev və xüsusi mühafizə olunan təbiət əraziləri: yaradılması, genişləndirilməsi və idarə olunması;
7. Azərbaycan mədəniyyəti, folkloru, ədəbiyyatı və fəlsəfi dünyagörüşündə ekoloji ictimai şüur məsələləri və təbiətə münasibət;
8. Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri;
9. Ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri;
10. Müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt faktoru;
11. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti;
12. Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri;
13. Azərbaycanın təbii landşaftları, torpaq və su ehtiyatları;
14. İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri;
15. İctimai ekologiya və sağlamlıq problemləri.
Konfransın keçirilmə tarixi
23-24 may 2023-cü il
Konfransın dili
Azərbaycan və ingilis
Konfrans materialları nəşr olunacaq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin rəsmi saytlarında yerləşdiriləcək
Əsas istiqamətlər
Təqdim olunan tezislər konfrans mövzuları ilə bilavasitə əlaqələndirilməlidir
Məruzə tezislərinin tərtib olunma qaydaları
•Mətn Microsoft Word redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,15) yığılır, A4 formatında təqdim edilir (səhifənin kənar boşluqları hər tərəfdən 2 sm qoyulur);
• Məruzənin mətni 3 səhifədən artıq olmamalıdır;
•Tezisdən yuxarıda, sağda onun hansı bölməyə təqdim olunduğu mütləq qeyd olunmalıdır;
•Mətnin əvvəlində ortadan məruzənin adı (baş hərflərlə, bold), onun altında tam şəkildə müəllifin adı və soyadı, onun altında təmsil etdiyi təşkilatın tam adı, korrespondent müəllifin e-mail ünvanı yazılır;
•Mətndə abzaslar 1 sm qoyulur.
Məruzə tezislərinin göndəriləcəyi ünvan və qəbul olunması üçün son tarix
Tezislər konfrans.ekol.2024@.gmail.com elektron ünvanına göndərilməlidir.
Son tarix: 6 may 2024-cü il
Konfransın keçiriləcəyi ünvan
Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası
Bakı şəhəri, Hüseyn Cavid pr., 115