AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq seminar keçiriləcək

5 aprel 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq iştirakla elmi seminar keçiriləcək.

Seminarın keçirilməsinin məqsədi müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirməklə, son illərdə “Yaşıl enerji” tədqiqatlarında qazanılan, yeni, ekoloji təmiz energetik texnologiyaların yaradılması və tətbiqi sahəsində əldə edilən elmi-metodiki və texniki uğurların, yeni yanaşmaların nümayişi, bu sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarətdir. Elmi tədbirdə müzakirə olunacaq əsas məsələlər aşağıdakılardır:

‒  Cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu;

‒  Yaşıl enerji və ətraf mühit problemləri;

‒ Bioyanacaq və hidrogen iqtisadiyyatı;

‒  Bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri;

‒ Ekoloji problemlərin həllində innovativ yanaşmalar;

‒  Bərpa olunan enerji sahəsində texnoloji trendlər.

Bütün maraqlı tərəflər və mütəxəssislər dəvətlidirlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015