AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. AMEA-nın vitse-prezidenti Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda botanika üzrə 12, zoologiya üzrə 2, fiziki-kimyəvi biologiya üzrə 7 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları b.e.d., prof. Səyyarə İbadullayeva, b.ü.f.d., dos. Səbinə Ömərova və b.ü.f.d., dos. İlhamə Kərimova tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 16 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 5 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015