AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
MBBİ-nin əməkdaşı 2024-cü il Gənclər üçün Prezident mükafatına layiq görülüb

Prezident İlham Əliyevin Sərəncamı ilə Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər Prezident mükafatları ilə təltif olunublar.

Elm sahəsi üzrə bu mükafata AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Gülnar Abdullayeva layiq görülüb.

2018-ci ildə MBBİ-də “Molekulyar Biologiya” ixtisası üzrə magistratura təhsilini başa vuran Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olub. Hazırda Gülnar Abdullayeva Birləşmiş Krallığın Oksford Universitetində tədqiqatlarını tamamlayıb və dissertasiya işini müdafiəyə təqdim etmək ərəfəsindədir.

Qeyd edək ki, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun artıq 3-cü əməkdaşı bu böyük mükafata layiq görülüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015