AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Prezident mükafatına layiq görüldüyüm üçün böyük qürur hissi duyuram

Bu gün Gənclər Günüdür. Bütün həmyaşıdlarımı təbrik edirəm. Lənkəran şəhəri “Gənclər Paytaxtı” elan olunub. Bu, cənub bölgəsində yaşayan gənclərin özünü ifadə etmək üçün böyük fürsətdir.

Bu sözləri açıqlamasında İngiltərənin Oksford Universitetində onkologiya üzrə doktorantura təhsili alan yeganə azərbaycanlı tələbə, Prezident mükafatına layiq görülən Gülnar Abdullayeva bildirib.

“Gənclər üçün Prezident mükafatına layiq görüldüyüm üçün böyük qürur hissi duyuram. Mən bütün gənclərə əzmkar olmalarını, vaxtlarını səmərəli keçirmələrini, Azərbaycanı təmsil edərək elmimizə töhfə vermələrini arzulayıram”, - deyə o əlavə edib.

AzərTac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015