AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 11, botanika üzrə isə 1 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 9 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 3 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015