AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimatı keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA, diplomatik korpus və səfirliklərin nümayəndələri, alimlər, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan təbiətini hədsiz dərəcədə sevən Ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrinin davam etdirildiyindən danışılıb. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirak və çıxış edib.

Qeyd edilib ki, kitab ekosistemin ayrılmaz tərkib hissəsi olan bioloji müxtəlifliyin mühafizəsində, gələcək nəsillərə çatdırılmasında və təbliğində mühüm rol oynayacaq.

Tədbirdə, həmçinin 2024-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının növbəti ildə ölkəmizdə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015