AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobioloq alimlər Ulu Öndərə həsr olunmuş konfransda iştirak ediblər

Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda (MÇETİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövzusunda  elmi konfrans keçirilib.

Tədbir Zərdabi qəsəbəsində Aqrar İnnovasiya Mərkəzi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Konfransda AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, b.e.d., prof. Pənah Muradov və Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., prof. Könül Baxşəliyeva iştirak ediblər.

Tədbirdə K.Baxşəliyeva “Meyvələrdə xəstəlik törədən bəzi göbələklər” adlı məruzə ilə çıxış edib. Alim məruzəsində bitkilərdə xəstəlik törədən göbələklər, eyni zamanda mikotoksinlərin, əsasən də aflotoksinin produsenti olan göbələklər haqqında ətraflı məlumat verərək bu mikotoksinlərin insan orqanizminə olan zərərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın sonunda qurumlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015