Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu biologiya və aqrar elm sahələrinin müasir istiqamətləri üzrə beynəlxalq əməkdaşlığını genişləndirir. İnstitutun əməkdaşları uzun illərdir ki, beynəlxalq layihələr çərçivəsində dünyanın, xüsusilə Avropanın qabaqcıl elm və təhsil müəsissələri ilə elmi əməkdaşlıq edirlər.
2023-cü ildə institutun alimləri Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq (COST) proqramının 6 yeni layihəsinə (BeSafeBeeHoney; CropBiomes; RECROP; DIVERSICROP; SUSTAIN; PANGEOS) qoşulub və bu layihələr çərçivəsində 2024-2028-ci illərdə Avropanın 30-dan artıq elm-təhsil mərkəzləri ilə geniş əməkdaşlıq ediləcəkş
Qeyd edilən layihələr çərçivəsində institutun gənc alim və mütəxəssisləri beynəlxalq elmi seminarlarda iştirak edəcək, eyni zamanda qısa (5-12 gün), orta (30-90 gün) və uzun müddətə (3-12 ay) dünyanın tanınmış elmi mərkəzlərinə ezam olunacaqlar.