Dendrologiya İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva institut əməkdaşları üçün Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərinə səfərini təşkil edib.
Səfər çərçivəsində institut əməkdaşları Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, mərkəzi meydandakı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
Şuşa səfəri Dendrologiya İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb.
Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.