“Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda onlayn seminar keçiriləcək
11 oktyabr 2023-cü il tarixində saat 15:00-da Türkiyənin Ege Universitetinin professoru, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dəvətli professoru Əziz Eftekharinin “Xərçəng teranostikası üçün karbon dot əsaslı heterodimerlər” mövzusunda onlayn seminarı keçiriləcək.
Seminarın linkinə buradan daxil ola bilərsiniz.
İD: 899 6712 9829
Kod: MBBI
Qeyd edək ki, professor Əziz Eftekharinin adı ABŞ-ın Stanford Universitetinin 2022-ci il üçün hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb.