AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” keçiriləcək

16 noyabr 2023-cü il tarixində saat 10:00-da AMEA Rəyəsat Heyəti və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” keçiriləcək.

Tədbirdə əsas məruzəçi Macarıstan Elmlər Akademiyasının üzvü, dünya fotosintez tədqiqatları sahəsində görkəmli alim professor Gyozo Garab olacaq. Eyni zamanda tanınmış yerli alimlərin mövzu ətrafında məruzələri dinləniləcək.

Tədbirdə iştirak etmək istəyənlər Ak.Calal.Aliyev.Qiraetleri@gmail.com e-mail ünvanına özləri haqqında məlumatları (elmi dərəcə və elmi ad, ad, soyad, müəssisə, vəzifə, e-mail, telefon) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015