Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının iclası keçirilib
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının 12 saylı iclası keçirilib.
İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. İclasda tibb üzrə 8 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 5 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 3 iş yenidən müzakirə üçün geri qaytarılıb.