Zərifə xanım nəinki Azərbaycanda, SSRİ miqyasında gözün peşə patologiyası ilə ciddi məşğul olan və öz sözünü deyən ilk mütəxəssislərdəndir. Görkəmli alim oftalmologiyanın son dərəcə ağır sahələri ilə məşğul olub, genişmiqyaslı fəaliyyəti ilə yeni nəticələr əldə edib.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimində çıxışı zamanı deyib.
Akademik Əhliman Əmiraslanov Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələrinə həsr edilmiş konfransın miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olacağına əminliyini bildirib. Vurğulayıb ki, Azərbaycan xalqı hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.
www.science.gov.az