Botanika İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Belarusiya Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc alimlərin III beynəlxalq elmi konfransda iştirak edib.
Konfransın plenar iclasında A.Zeynalova “Ətraf mühitin yabanı nar bitkisində ikincili metabolitlərin toplanmasına təsiri” mövzusunda onlayn çıxış edib. Çıxışın sonunda gənc alim beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, bir sıra ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfrans öz işini 5 seksiyada sentyabrın 29-nə qədər davam etdirəcək.
www.science.gov.az