AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutu Belarusiya Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova Belarusiya Elmlər Akademiyasının V.F.Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc alimlərin III beynəlxalq elmi konfransında onlayn formatda iştirak ediblər.

“Eksperimental botanikanın müasir problemləri” adlı beynəlxalq konfransın açılış mərasimində təşkil olunan onlayn görüş zamanı professor Səyyarə İbadullayeva təşkilat komitəsini və konfrans iştirakçılarını təbrik edib. Məruzəsində Botanika İnstitutunun əsas fəaliyyət istiqamətləri, struktur bölmələri və dövri elmi nəşrləri barədə məlumat verib, əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə edib.

Tədbirdə Belarusiya Elmlər Akademiyasının V.F. Kupreviç adına Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutu və ETN Botanika İnstitutu arasında elmi-tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Sənədə əsasən tərəflər arasında müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, elmi konfrans, təcrübə mübadiləsi, biomüxtəlifliyin mühafizəsi və digər sahələrdə birgə fəaliyyət nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015