НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Zoologiya İnstitutunun Elmi şurasında cari ilin son hesabatları dinlənilib
Ноя 14, 2022 | 12:55 / Конференции, собрания
Прочитано 208 раз (-а)

AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Quru onurğasızları laboratoriyasının, Təhsil, Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbələrinin və Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatları dinlənilib.

Quru onurğasızları laboratoriyasının müdiri, b.e.d. Gülzar Mustafayeva cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı və kadr hazırlığı haqqında ətraflı məruzə edib.

Sonra Təhsil, Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbələrinin və Gənc Alim və Mütəxəssislər Şurasının müdirləri şöbələrin cari ildə gördükləri işlər barədə geniş məlumat veriblər.

Hesabatlar haqqında çıxış edən institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov, biologiya üzrə fəlsəfə doktorları Təvəkkül İsgəndərov və Adil Əliyev laboratoriya və şöbələrin fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА