НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 10-cu iclası keçirilib
Окт 20, 2022 | 03:00 / Конференции, собрания
Прочитано 91 раз (-а)

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 12, biologiya üzrə 3 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Safıyeva, tibb üzrə fəlsəfə doktoru Rüfət Hüseyinli və biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, tibb işçi qrupunun üzvləri, iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan tibb üzrə 9, biologiya üzrə 3 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, tibb üzrə 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

www.science.gov.az

 

Copyright © 2015 Институт Информационных Технологий НАНА