НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı RoxsyCOST proqramının konfransında iştirak edib
Окт 12, 2022 | 10:20 / Важные события
Прочитано 237 раз (-а)

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, b.e.d Şahniyar Bayramov Serbiyada elmi ezamiyyətdə olub.

Alim Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən RoxsyCOST proqramının ikinci illik konfransında iştirak edib. Konfransda hipoksiyanın təsirindən meyvələrin yetişməsi və onların saxlanması zamanı müasir fizioloji, genomiks və metabolomiks səviyyələrində aparılan tədqiqat işlərinin nəticələri təqdim edilib. Dinlənilən məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparılaraq, bu sahədə olan problemlər geniş müzakirə olunub. Konfrans zamanı hipoksiya, meyvə fiziologiyası və məhsul yığımından sonra saxlanma haqqında müzakirələr aparılıb və gələcəkdə bu problemin həlli üçün birgə işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Ş.Bayramov konfransın işçi qrupunun bu sahədə qarşıda duran problemlərin həlli yolları və gələcəkdə görüləcək elmi tədqiqat işlərinin planları haqqında müzakirələrdə iştirak edib. Alim yeni qrant layihələrinin hazırlanması və beynəlxalq qrant layihələrində iştirak etmək üçün bir sıra alimlərlə fikir mübadiləsi aparıb.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА