Окт 18, 2022 | 11:05 / Важные события
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə salınacaq növlərin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı siyahısının kateqoriya və kriterilərinə görə qiymətləndirməsi üçün təlimlərə başlanılıb.
Təlim IUCN-nin komissiya üzvü, ekoloq PhD Andrew Rodrigues tərəfindən aparılır. Təlimdə “Qırmızı Kitab”ın III nəşrinin hazırlanmasında iştirak edən müxtəlif təşkilatların (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Botanika İnstitutları) işçi qruplarının üzvləri iştirak edir.
Üç gün müddətində keçirilən təlim taksonomik dərəcə və kateqoriyaların təyin edilməsi prosesini əhatə edən sahələr, kateqoriyaların mahiyyəti, müxtəlif kriterilərin rolu, kəmiyyət kriterilərinin yaranması, Qırmızı siyahının təribatı prosesində mühafizə tədbirləri, məlumatların tamlığı, elmi nəticə və proqnozların əhəmiyyəti, taksonların qiymətləndirilməsi üçün qeyri-dəqiq məlumatların istifadə qaydaları, miqyas problemləri, taksonların qlobal, regional və ya milli səviyyədə qiymətləndirilməsi, taksonun coğrafi areallar üzrə xəritələşməsi və s. mövzuları əhatə edib.
www.science.gov.az