НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub
Авг 11, 2022 | 01:44 / Важные события
Прочитано 241 раз (-а)

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Süleyman Süleymanov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” Elmi-Tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektoruna aid olan ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometroloji vəziyyətinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə növbəti kompleks ekoloji monitorinq işini həyata keçirib.

Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanıb. Müəyyən edilib ki,  son  illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti  qənaətbəxşdir, əksinə olaraq  keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı) vəziyyəti isə qənaətbəxş deyildir.

 www.science.gov.az 

Copyright © 2015 Институт Информационных Технологий НАНА