НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mərkəzi Nəbatat Bağında örtülü şəraitdə becərilən bitkilərə baxış keçirilib
Авг 02, 2022 | 05:00 / Важные события
Прочитано 225 раз (-а)

Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, bağın icraçı direktoru, b.e.d. Həsən Babayev və Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının əməkdaşları, eyni zamanda baş aqronom və digərlərinin iştirakı ilə bağın sökülmüş istixana və orenjeriyalarından yeni orenjeriya və səyyar çadırlara köçürülmüş bitkilərə baxış keçirilib, onların böyümə və inkişaf xüsusiyyətləri müzakirə olunub və aqrotexniki qulluğun səviyyəsi qiymətləndirilib.

Baxış zamanı sözügedən bitkilərə göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olduğu və daha yaxşı inkişaf edildiyi müşahidə olunub. Örtülü şəraitdə becərilən bitkilər üçün lazım olan şərait laboratoriya əməkdaşları tərəfindən yaradılıb və bu da bitkilərin inkişafında özünü nəzərəçarpacaq dərəcədə göstərir.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА