НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Dendrologiya İnstitutunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimi olub
Июл 04, 2022 | 06:00 / Конференции, собрания
Прочитано 328 раз (-а)

Dendrologiya İnstitutunun ev sahibliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyətinin (İSRES) təşkilatçılığı ilə keçirilən  “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq elmi-praktiki konfransın bağlanış mərasimi olub.

Tədbirdə Türkiyənin Qaziantep Universitetinin professoru, Dr. Mehmet Özaslan və Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxış ediblər.

Mehmet Özaslan Qaziantep Universiteti ilə Dendrologiya İnstitutu arasında mövcud və gələcək iş birliyinin strateji istiqamətlərindən danışıb. Ev sahibi kimi konfransın keçirilməsində Dendrologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. Tədbirin elmin, həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

Sonra Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxış edərək konfransda müxtəlif ölkələrdən alim, tələbə və tədqiqatçıların bir araya gələrək apardıqları nəzəri və praktiki məsələ və müzakirələrin elmimizə dəyərli töhfələr verəcəyini qeyd edib. Alim iki ölkə arasındakı möhkəm həmrəyliyin türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmli olduğunu vurğulayıb.

Samirə Bağırova Azərbaycan və Türkiyənin dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələr olduğunu qeyd edib: “Bizi birləşdirən bir çox amil var: güclü elmimiz, tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizin təminatıdır”.

Tədbirdə dosent Samirə Bağırovaya Fəxri fərman, iştirakçılara isə sertifikatlar təqdim edilib.

Sonda konfrans iştirakçıları İkinci Şəhidlər xiyabanını və Bakının tarixi, görkəmli yerlərini ziyarət ediblər.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА