НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin ümumi iclası keçirilib
Июн 14, 2022 | 01:00 / Конференции, собрания
Прочитано 241 раз (-а)

İyunun 13-də AMEA-nın Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin ümumi iclası keçirilib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva mərhum alim Tofiq Məmmədovla bağlı xatirələrini bölüşüb: “Tofiq Məmmədov bizim üçün həmişə nümunəvi müəllim, rəhbər olub. Biz ondan elmə ciddi yanaşmağı, elmə münasibəti, insanlara diqqətli olmağı, əməksevərliyi, təvazökarlığı öyrənmişik”.

Qeyd edib ki, onun fikir və tövsiyələri, elmin inkişafına yönəlmiş addımları daim institutun əməkdaşları tərəfindən xatırlanacaq.

Sonra institutun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova çıxış edərək Tofiq Məmmədovun biologiya elmindəki xidmətlərinə görə, hələ sağlığında ikən özünə əbədi abidə ucaltdığını vurğulayıb. O, alimin zəngin elmi irsinin öyrənilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin, Dendrologiya İnstitutunun mövcud elmi potensialdan səmərəli istifadə olunmasının bütün kollektivin və onun yetirmələrinin mənəvi borcu olduğunu qeyd edərək T.Məmmədovun xatirəsinin heç bir zaman unudulmayacağını söyləyib.

İclasda daha sonra müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin yarımillik hesabatlarının hazırlanması, ekspedisiyaların təşkili və s. məsələlər müzakirə olunub.

Bundan əlavə, 1-4 iyul 2022-ci il tarixlərində AMEA-nın Dendrologiya İnstitutunun ev sahibliyi və Türkiyənin Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyətinin (ISRES) təşkilatçılığı ilə keçiriləcək “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda II beynəlxalq elmi-praktik konfransla bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

 www.science.gov.az 

Copyright © 2015 Институт Информационных Технологий НАНА