НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Zəngilan rayonunda ərazilərin bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib
Июн 16, 2022 | 10:25 / Конференции, собрания
Прочитано 131 раз (-а)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”də iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi iştirak edib.

İşçi qrup üzvlərinə işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərində istifadə ediləcək yerli tikinti və inşaat materialları yataqlarının yenidən qiymətləndirilmiş ehtiyatları, həmin ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması istiqamətində görülən işlər, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, eləcə də transsərhəd çayların çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən monitorinqlər, ekoloji bərpa layihələri ilə bağlı aparılan minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.

İclas zamanı habelə Zəngilan rayonunda ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı inkişafının təmin olunması və əhalinin böyük qayıdışı istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlərin təşkili üçün nümayəndəlik tərəfindən qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı qurum kimi müəyyən edilməsi və Oxçuçay hövzəsində kompleks elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İşçi qrup üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “Ağıllı kənd”in infrastrukturu, idarəetmə məsələləri, ekoloji dost texnologiyaların tətbiqi, tullantıların idarə olunması, eləcə də rayon ərazisində aparılan yaşıllaşdırma işləri, o cümlədən rayonun girişində terras ərazidə əkilmiş müxtəlifcinsli ağaclara qulluq, payız əkininə hazırlıq, mövcud yaşıllıqların mühafizəsi üçün aparılan inventarizasiya işləri və perspektiv planlar ilə tanış olublar.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

AzərTac

Copyright © 2015 Институт Информационных Технологий НАНА