НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Июн 14, 2022 | 05:00 / Конференции, собрания
Прочитано 243 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdən öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova gənclərlə dəyirmi masa ətrafında qeyri-rəsmi görüşüb, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətindən bəhs edib. Bu gün gənclərin ölkənin elmi, ictimai və digər sahələrində aparıcı qüvvə olduğunu vurğulayan akademik qeyd edib ki, AMEA-nın bir çox gənci xarici ölkələrin nüfuzlu universitetlərində, elm mərkəzlərində öz təhsil və elmi işlərini uğurla davam etdirir. Akademik Azərbaycan elminin sürətlə inkişaf etdiyini, bu sahədə ciddi islahatların aparıldığını, qabaqcıl texnologiyaların tətbiq olunduğunu, müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıb.

Sonda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqamətində öz məsləhətlərini bölüşüb, gənclərə elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin rəmi hissəsini giriş nitqi ilə açan akademik İradə Hüseynova Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə özbaşınalığın hökm sürdüyü, orduda vəziyyətin acınacaqlı olduğu bir zamanda, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, xalqımızın yeganə ümid yeri Heydər Əliyev olmuşdur. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Əminliklə demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan Azərbaycanın hər bir sahəsində gənclər xüsusi şövq və sevgi ilə, dövləti yüksək səviyyədə təmsil etməyin məsuliyyətini dərk edirlər.

Tədbirdə çıxış edən institutun Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov vurğulayıb ki,  15 iyun 1993-cü ildən sonra müstəqillik ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri Nərgiz Bayramova isə bu tarixi hadisənin xalqımızın həyatında mühüm dönüş nöqtəsi olduğunu, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sosial-iqtisadi və siyasi inkişafın baş verdiyini vurğulayıb.

Tədbir Radiasiya Problemləri İnstitutunun GAMŞ sədri Əli Məmmədovun “Dövlətçilik tariximizin qızıl səhifəsi - Milli Qurtuluş Günü”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədrinin müavini Aygün Sadıqovanın “Azərbaycan dövlətində uğurlu qadın siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun GAMŞ sədri Tərlan Yelmarlının “Müstəqilliyin qurucusu, xalqının xilaskarı”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Turanə İsgəndərovanın “Qurtuluşdan zəfərə gedən yol”,  Qafqazşünaslıq İnstitutunun GAMŞ sədri Günay Feyziyevanın “Milli Qurtuluşdan müstəqil enerji siyasətinə doğru” və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Zərintac Rüstəmovanın “Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi” adlı məruzələri ilə davam edib.

Məruzələrdən sonra Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev və dahi alim, akademik Cəlal Əliyevin məzarı Fəxri xiyabanda şura üzvləri tərəfindən ziyarət edilib, ruhları ehtiramla yad olunub.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА