НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
“AMEA Zoologiya İnstitutunun Əsərləri” jurnalının veb-saytının təqdimatı keçirilib
Июн 07, 2022 | 05:07 / Конференции, собрания
Прочитано 226 раз (-а)

“AMEA Zoologiya İnstitutunun Əsərləri” jurnalının “zoobio.az” veb-saytının təqdimatı keçirilib.

Tədbirdə Zoologiya İnstitutunun Elmi şurasının üzvləri və institutun mütəxəssisləri iştirak ediblər. 

Əvvəlcə çıxış edən institutun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov jurnalın saytının müasir dövrün tələblərinə uyğun yaradılmasının önəminə toxunub.

Sonra veb-saytın təqdimatını institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov edərək sayt haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Əhmədov jurnalın redaksiya heyəti, məqalələrin onlayn şəkildə jurnala göndərilməsi üçün hazırlanmış sistem haqqında, saytdan qeydiyyatdan keçmə, məqalələrin göndərilməsi qaydaları, əhatəli axtarış sistemi və digər linklər barədə ətraflı məlumat verib.

Daha sonra AMEA-nın müxbir üzvü İlham Ələkbərov və professor Şaiq İbrahimov saytla bağlı öz təkliflərini səsləndiriblər.

Veb-saytın tərtibatçısı, institutun mühəndis-proqramlaşdırıcısı Elşad Ovçiyevə verilən təkliflər nəzərə alınaraq, növbəti mərhələlərdə saytın fəaliyyətinin daha da təkmilləşdirilməsi qərara alınıb.

 www.science.gov.az 

Copyright © 2015 Институт Информационных Технологий НАНА