НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Dendrologiya İnstitutunun əməkdaşı Sahil Bağında tədqiqat aparıb
Июн 03, 2022 | 06:00 / Важные события
Прочитано 132 раз (-а)

AMEA-nın Dendrologiya İnstitutunun 2022-ci il üçün tərtib edilən elmi-tədqiqat işlərinin əhatəli planına əsasən, Bakı şəhərinin park-bağlarında dekorativ bitkilərin taksonomik tərkibi və kompozisiyaların tərtibatının öyrənilməsi məqsədi ilə Landşaft memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova tərəfindən Sahil Bağının ərazisinə elmi ekspedisiya təşkil edilib.

Ekspedisiya zamanı yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 28 növdən ibarət (Eldar şamı – P.eldarica Medw., Himalay sidri – C.deodarata Laws., Lavson sərvpəri - C.lawsoniana Parl., Arizon sərvi-C.arizonica L., Piramidal həmişəyaşıl sərv C.sempervirens for.pyramidalis L., Üfüqi həmişəyaşıl sərv - C.sempervirens for.horizontalis L., Həmişəyaşıl sekvoya - S.sempervirens Endl., Zanbaqçiçək maqnoliya - M. liliflora Desr., Yapon birgözü – L. japonicum Thunb., Çılpaqçiçək jasmin - J. nudiflorum Lindl. və s.) dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanaraq taksonomik tərkibi (fəsilə, cins, növ) və mənşəyi təyin olunub. Həmçinin bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, dekorativ ağac və kol bitkilərinin budanma formaları, kompozisiyaların ətrafinda kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadəsi öyrənilib.

Müəyyənləşdirilib ki, tədqiq edilən növlər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА