НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Torpaqşünas alim beynəlxalq konfransda çıxış edib
Мая 23, 2022 | 04:00 / Важные события
Прочитано 139 раз (-а)

Qazaxıstanın Taraz şəhərində bu ölkənin Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin, Qazaxıstan Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun və Mərkəzi Asiya üçün (CAWER) Su-Energetik Proqram  üzrə  Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə “Deqradasiyaya uğramış suvarılan torpaqların məhsuldarlığının sürətli bərpasının innovativ və praktik həlli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d. Mustafa Mustafayev “Zoom” platforması vasitəsilə qoşulub.

Alim konfransda “Azərbaycanın Kür-Araz ovalığının suvarılan torpaqlarının müasir meliorativ vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА