НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi seminar keçirilib
Мая 13, 2022 | 11:00 / Конференции, собрания
Прочитано 144 раз (-а)

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Kür-Araz ovalığının müasir meliorativ vəziyyəti” mövzusunda ekspedisiyanın nəticələrinə həsr olunmuş elmi seminar keçirilib.

Mövzu üzrə ekspedisiyanın rəhbəri, institutun icraçı direktoru, t.e.d, dosent Yasin Rüstəmov məruzə ilə çıxış edərək Kür-Araz ovalığında Baş Mil-Qarabağ, Baş Mil-Muğan, Baş Şirvan kollektorlarının və onların təsir dairəsində olan torpaqların müasir vəziyyətinin öyrənilməsi və sudan istifadənin effektivliyinin artırılması yolları haqqında görülmüş işlərdən geniş məlumat verib. Su və torpaq resurslarının meliorativ vəziyyəti haqqında müfəssəl məlumat verən məruzəçi ekspedisiyanın 4 qrupla həyata keçirildiyini bildirib.Y.Rüstəmov ekspedisiyada iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirib.

Seminarda çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev görülən işin böyük elmi əhəmiyyətə malik olduğunu qeyd edib. İnstitut əməkdaşları tərəfindən maraqla dinlənən seminarda a.e.d. Vilayət Həsənov, a.e.d Mustafa Mustafayev, a.e.ü.f.d Fərhad Sadıqov, a.e.ü.f.d. Azad Kərimov, a.e.ü.f.d. Niyazi Süleymanov və başqa görülmüş işlərə dair fikirlərini bildiriblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА