НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mikrobiologiya İnstitutunun əməkdaşları ezamiyyətdə olub
Апр 29, 2022 | 03:10 / Важные события
Прочитано 328 раз (-а)

AMEA-nın Mikrobiologiya İnstitutunun Fitopatogen mikroorqanizmlər və bioloji nəzarət  laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktorları Günel Qasımova və laboratoriyanın əməkdaşlarından b.ü.f.d.  İlham Əliyev, b.ü.f.d. Şəhla Babayeva  və b.ü.f.d.Vəfa Həsənova təcrübə sahələrindən nümunələr götürmək və gələcəkdə birgə tədqiqatlar aparılması imkanlarının araşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda  olublar.

İnstitutun ümumi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Şikar Əhmədov təcrübə stansiyalarında görülən işlər haqqında məlumat verib. Həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri birlikdə müzakirə edilib.

İnstitutun təcrübə sahələrində becərilən yem bitkilərinin vegetasiya dövrünü izləmək, eləcə də götürülən torpaq nümunələrində Fitosanitar vəziyyətin qiymətləndirilməsi ilə bağlı tədqiqatların aparılması və bu işlərdə hər iki institutun imkanlarından istifadə edilməsi məqsəduyğun hesab edilib.

 www.science.gov.az 

Copyright © 2015 Институт Информационных Технологий НАНА