Zoologiya İnstitutunun əməkdaşları tərəfindən entomoloji kolleksiyasının inventarlaşdırılması və sistemləşdirilməsi həyata keçirilir
Апр 07, 2022 | 03:00 / Важные события
Апр 07, 2022 | 03:00 / Важные события
Прочитано 450 раз (-а)
AMEA-nın Zoologiya İnstitutunun Zooloji Muzeyinin əməkdaşları böyük laborantlar Səbinə Abdullayeva, Zeynəb Məmmədova və Xatirə Qəhrəmanlı və rəssam-taksodermist Könül Yunusova tərəfindən Quru onurğasızları laboratoriyasında saxlanılan entomoloji kolleksiya materiallarının inventarizasiyası və sistemləşdirilməsi həyata keçirilir.
İlin əvvəlindən Qızılböcəklər fəsiləsinə (Buprestidal) aid 2792 ədəd, Uzunbığlar (Cerambycidae) fəsiləsinə aid 1100 ədəd nümunə invertarlaşdırılaraq, kolleksiya fonduna daxil edilib. Həmçinin kolleksiya fondunun elektron kataloqu hazırlanıb.