НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yığıncağı keçirilib
Апр 04, 2022 | 03:00 / Конференции, собрания
Прочитано 370 раз (-а)

AMEA-nın Dendrologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycan gənclərinin cəmiyyətin inkişafında böyük rola malik olduğunu söyləyib. Bildirib ki, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Gənc alimlər beynəlxalq tədbirlərdə yüksək fəallıqla iştirak edir.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Rəsulova görülən işlərin hesabatı ilə bağlı çıxış edib. O, institutda çalışan gənclərin elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, Dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırıb.

Sonra səsvermə yolu ilə institutun Gənc Alim və Mütəxəssislər Şurasına sədr, sədr müavini və üzvlər seçilib. Tərkibi 17 nəfərdən ibarət Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsinə Elm təhsil şöbəsinin müdiri, dissertant Sona Qulizadə, sədr müavini vəzifəsinə dissertant Aydan Rəsulova, katibi vəzifəsinə isə kiçik elmi işçi Şənay Abdullayeva seçiliblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА