НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib
Мар 15, 2022 | 02:00 / Конференции, собрания
Прочитано 300 раз (-а)

AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

Əvvəlcə Ə.Eyvazov Quru onurğalıları laboratoriyasının müdiri, b.e.d., dosent Qiyas Quliyevin 75 illik, Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Əli Nəsirovun 70 illik, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Hafiz Muxtarovun və Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, b.ü.f.d. İradə Nuriyevanın 60 illik yubileyləri münasibətilə alimləri təbrik edərək onlara cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb.

Alimlər uzun illər səmərəli elmi fəaliyyətlərinə görə, institutun Fəxri fərmanı ilə təltif ediliblər.

Sonra müəssisənin icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov 2022-ci il üçün elmi-tədqiqat fərdi iş planları və işçilərin attestasiyalarının nəticələri, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşri, Quru onurğalılar laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülbəniz Qasımova isə Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində aparılan monitorinq barədə məlumatı şura üzvlərinin diqqətinə çatdırıb.

İclasın sonunda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА