НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Ağdam şəhərinin içməli su təchizatının bərpası məqsədilə aparılan müzakirələrdə iştirak edib
Фев 28, 2022 | 05:00 / Конференции, собрания
Прочитано 337 раз (-а)

“Azərsu” ASC-nin  tərkibində Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində ağıllı su sistemlərinin (içməli su təchizatı, tullantı və yağış sularının) idarə olunması məqsədi ilə yaradılmış dövlət komissiyasının Ağdam şəhərində görüşü keçirilib.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev də iştirak edib.

İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin Ağdam şəhərinin içməli su təchizatının bərpası məqsədilə görüləcək işlər barədə məlumat verilib. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işlərinin aparılması və yeraltı su mənbələri hesabına şəhərə suyun davamlı verilməsi üçün 2 kəşfiyyat quyusunun qazılaraq alınan sudan hələlik suvarmada istifadə edilməsinin vacibliyi qeyd olunub.

Tədbirdə işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və s. qurumların məsul işçiləri aparılan quruculuq işlərini yüksək qiymətləndirərək Ağdam şəhərinin ölkənin ən gözəl şəhərlərindən birinə çevriləcəyinə inamlarını ifadə ediblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА