НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Türkiyədə elmi ezamiyyətdə olub
Мар 02, 2022 | 10:00 / Важные события
Прочитано 346 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aysu-Şövkət Həsənova Türkiyədə elmi ezamiyyətdə olub.

O, “İnduksiya edilən sistemlərdən istifadə etməklə Endo H deqlikozilləşmə fermentini ekspressiya edən stabil Nicotiana benthamiana transgen bitkisinin yaradılması” mövzusunda tədqiqatlarını Akdeniz Universitetinin Ziraat Bölümünün Biotexnologiya laboratoriyasında, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi altında aparıb. Ezamiyyət müddətində A.Həsənova eyni zamanda rekombinant proteinlərin sintezi və təmizlənməsi üçün Nicotiana Benthamiana bitkisinə Agro infiltrasiya, Western Blot ilə ekspressiya analizi, Ni-NTA Affin xromotoqrafiyası, SDS-PAGE ilə rekombinant protein analizi, immunosorbent test analizi kimi mühüm tədqiqat metodlarını mənimsəyib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА