НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Dendrologiya İnstitutunda “Şuşa ili” çərçivəsində müsabiqə və beynəlxalq konfrans keçiriləcək
Фев 23, 2022 | 12:40 / Конференции, собрания
Прочитано 509 раз (-а)

5-7 may 2022-ci il tarixlərində  Dendrologiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Xarıbülbül” foto və əl işlərindən ibarət müsabiqə və “Qarabağın dünəni və bu günü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Sözügedən müsabiqə və beynəlxalq konfrans ölkə başçısının 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə olan olunmuş “Şuşa ili” çərçivəsində baş tutacaq.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin, flora biomüxtəlifliyinin qorunması, rəşadətli ordumuzun şücaətinin gənc rəssamlar tərəfindən əks etdirilməsidir.

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatı, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə əl işlərini aprelin 25-dək arazli.tunzale@mail.ru ünvanına göndərməlidirlər. Müsabiqəyə ən çox 3 əsər təqdim edilə bilər. Seçim zamanı kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibinə fəxri diplom və pul mükafatı veriləcək.

Həmçinin 5-7 may 2022-ci il tarixlərində keçiriləcək “Qarabağın dünəni və bu günü” beynəlxalq elmi konfransına aşağıdakı istiqamətlər üzrə məqalə qəbul olunur:

- Qarabağın biomüxtəlifliyi və iqlim dəyişkənliyinə təsiri;

- İşğaldan azad olunmuş ərazilərin bitki örtüyü;

- Genofonda dəymiş zərərin qiymətləndirilməsi;

- Yeni landşaft memarlığı əsasında ərazilərin qurulması;

Qırmızı kitab”a daxil olmuş nadir və nəsli kəsilmək təhlükəsinə məruz qalmış bitkilərin bərpası;

- Ərazilərin su-torpaq xüsusiyyətləri və təsərrüfat əhəmiyyətli bitkilərin tədqiqi;

- Meşə ekosistemlərinin bərpası və davamlı senozların yaradılması;

- Qarabağın tarixi və mədəni irsinin qorunmasının təbliği.

Tezislərin təqdim edilməsi üçün son tarix 25 aprel 2022-ci ildir.

Konfransda çıxış etmək istəyənlər tezislərini arazli.tunzale@mail.ru elektron ünvanına göndərməlidirlər. Məktubun mövzu yerində “ŞUŞA İLİ – konfrans” sözlərinin yazılması tələb olunur.

Tezislər Word A4 formatında, arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1 qoymaqla, 1 səhifə həcmində olmalıdır. Məqalənin adı mərkəzdə böyük hərflərlə qara şriftlə, müəllif(lər)in ad və soyadları növbəti sətirdə mərkəzdən adi şriftlə, müəllif(lər)in iş yeri, korrespondent müəllifin e-mail ünvanı növbəti sətirdən verilir. Bir sətir buraxıldıqdan sonra abzasdan adi şriftlə əsas mətn başlanır.

Konfrans materialları elektron formada nəşr ediləcək.

Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89 (Dendrologiya İnstitutu)

Tel.: (+994 12) 454 10 50; (+994 77) 300 31 73; (+994 77) 424 01 83.

E-poçt: arazli.tunzale@mail.ru

Sayt:  https://dendrologiya.az/

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА