НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Biologiya və Tibb Elmləri Bölməsinin magistrantları imtahan verib
Янв 28, 2022 | 05:44 / Важные события
Прочитано 294 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantların Biologiyanın müasir problemləri ixtisaslaşma fənni üzrə imtahanı keçirilib. İmtahanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan 10 magistrant, Genetik Ehtiyatlar İnstitutundan 6 magistrant, Mikrobiologiya İnstitutundan 3 magistrant, Botanika İnstitutundan 2 magistrant iştirak edib. 

AMEA-nın magistraturasında ilk dəfə olaraq bir ixtisas kursunun tədrisinə Biologiya və Tibb Elmləri Bölməsinin müxtəlif institutlarından 7 müəllim cəlb edilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d., dosent Samirə Rüstəmova, Mikrobiologiya İnstitutundan AMEA-nın müxbir üzvü Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutundan b.ü.f.d., dosent Mehrac Abbasov müasir biologiyanın müxtəlif istiqamətlərində mövcud olan aktual problemlər və həll olunmamış məsələlər barəsində ən son elmi yenilikləri magistrantlara çatdırıblar.

Magistrantlar tədris prosesində əldə edilmiş bilikləri imtahanda uğurla nümayiş etdiriblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА