НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Zəfər TV 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanından reportaj hazırlayıb
Янв 20, 2022 | 12:00 / Важные события
Прочитано 327 раз (-а)

AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə şəhidlərimiz haqqında silsilə verilişlər hazırlayan Zəfər TV 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanından reportaj hazırlayıb.

Çəkiliş zamanı Gənc Qazilər İctimai Birliyinin sədri, II qrup əlil Hacı Vəliyev Zəfər TV-yə müsahibə verib. Hacı Vəliyev haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladlarının şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdığını bildirib. Qeyd edib ki, Azərbaycanın azadlıq və müstəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi məhz bu səbəbdən ümümxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır və həmişə xatırlanacaqdır.

Sözügedən reportajı buradan izləyə bilərsiniz.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА