НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Botanika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Янв 19, 2022 | 06:05 / Важные события
Прочитано 327 раз (-а)

AMEA-nın Botanika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmayıb, əksinə müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynayıb.

Tədbirin sonunda institutun əməkdaşları faciə qurbanlarının xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub, onların ruhuna dualar oxuyublar.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА