НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib
Янв 19, 2022 | 05:10 / Конференции, собрания
Прочитано 352 раз (-а)

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə institut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də qürur səhifəsi olduğunu bildirib.  Alim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.

Ə.Quliyev əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi.

İnstitutun Həmkarlar təşkilatının sədri, a.e.d Məmməd Məmmədov çıxış edərək bildirib ki,  Bakıda 20 Yanvar xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin  növbəti nəticəsi idi. Daha sonra çıxış edən institutun Torpaqların Meliorasiyası laboratoriyasının müdiri, a.e.d Mustafa Mustafayev həmin günə aid xatirələrini bölüşərək qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar millətimizin  mənliyini və mətinliyini, qəhrəmanlığını  nümayiş etdirməyi bacardığı gündür.

Tədbirdə çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verərək bildirib ki, Qanlı Yanvar yaddaşımızın əbədi ağrısıdır. Həmçinin tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Nərmin Əlisoy “20 Yanvarda tarixi həqiqət”, Əli Gözəlzadə “Qanlı Yanvar hadisəsinin kimliyimizdə rolu” adlı məruzələrlə ilə çıxış ediblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА