НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mikrobiologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Янв 19, 2022 | 04:00 / Важные события
Прочитано 326 раз (-а)

AMEA-nın Mikrobiologiya  İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il donümünə həsr edilmiş anım tədbiri keçirilib.

Öncə Vətənimizin azadlığı suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazdığını, istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini bildirib. Alim vurğulayıb ki,  şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.

Tədbirdən sonra institutun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını  ziyarət ediblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА