НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət
Янв 19, 2022 | 10:00 / Важные события
Прочитано 315 раз (-а)

XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı coşdurdu, milli azadlıq hərəkatı inkişaf etməyə başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində, hətta ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Bu dəstələr heç nəyə baxmadan dinc vətəndaşlarımızı gülləbaran etdilər, qətlə yetirdilər, tankların tırtılları altında əzdilər. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.

O vaxt ulu öndər Heydər Əliyev övladlarıyla birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verdi və bu hadisələrdə əsas günahkar kimi o zamankı respublika və SSRİ rəhbərliyini, birinci növbədə Qorbaçovu göstərdi. Bu, həqiqətən də belə idi və 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi.

Qeyd etmək lazımdır ki, xalqımızın azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də ümummilli lider Heydər Əliyevin  həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli Sərəncamına əsasən Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması mühüm tarixi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimində bəyan etdi ki, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. O, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı. Ermənistanın təmas xəttində yaratdığı təxribata cavab olaraq orduya əks hücum əmri verdi. Möhtərəm Prezident, Ali Baş Komandan bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsi olmaqla erməni faşizminin belini qırdı. Bu tarixi qələbə ulu öndərimizin və bütün şəhidlərimizin ruhunu şad etdi.

Şəhid ailələrinə diqqət və qayğının daha da artırılması, ölkəmizə gələn dövlət və hökumət başçılarının, məşhur qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi Vətən uğrunda şəhid olanlara dövlət səviyyəsində rəsmi ehtiramın təzahürüdür.

Novruz QULİYEV, AMEA-nın müxbir üzvü

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА