НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib
Дек 27, 2021 | 11:00 / Важные события
Прочитано 410 раз (-а)

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə Mərkəzi Nəbatat Bağında salınmış “Prezident çinarlığı”nda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Şərq çinarı əkib.

Akademik Ramiz Mehdiyevin tapşırığı ilə Mərkəzi Nəbatat Bağında salınmış çinarlıqda keçirilən ağacəkmə kampaniyasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, Biologiya və Tibb Elmləri Bölməsinin struktur rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri də iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son zamanlar Bağda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub. Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev elmi-tədqiqat müəssisəsində aparılan yenidənqurma və abadlıq, təcrübə işləri barədə AMEA rəhbərliyinə ətraflı məlumat verib.

Sonra AMEA prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin elmi-tədqiqat müəssisələrinin əməkdaşları ilə görüşüb. Akademiya rəhbəri AMEA-da bütün sahələrdə aparılan islahatlar barədə danışıb.

Görüşdə iştirak edən əməkdaşlar akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə aparılan islahat işlərini yüksək dəyərləndirərək AMEA rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА