НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Xəzər dənizi yosunları ilə bağlı Qızılağac Milli Parkında tədqiqatlar aparılıb
Дек 14, 2021 | 02:00 / Важные события
Прочитано 368 раз (-а)

Xəzər dənizi yosunlarının ekologiyası, bioresurslarının öyrənilməsi və praktiki məqsədlərlə istifadəsi üçün elmi-tədqiqat işlərinin planlaşdırılıb aparılmasına dair AMEA Rəyasət Heyəti tərəfindən verilən tapşırığa uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar və Botanika institutlarının bir qrup əməkdaşının Qızılağac Milli Parkına elmi ezamiyyəti təşkil olunub.

Tədqiqatlarda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev, Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Ş.Muxtarova, laboratoriyanın dissertant və magistrantları A.Xanbutayeva A.Muradova və Ş.Kişiyeva iştirak ediblər.

Sahildə, dənizətrafı kanallarda və kiçik sututarlarda çöküntü şəklində rast gəlinən yosunlardan analiz üçün nümunələr götürülüb. Yosunların aktiv inkişaf dövründə nümunələrin götürülməsi üçün ərazilər müəyyənləşdirilib.

Milli parkın əməkdaşlarının iştirakı ilə elmi müzakirələr aparılıb, aparılan tədqiqatların məqsədi, dənizdə yosunların intensiv çoxalma və “çiçəkləmə” dövrləri barədə informasiya mübadiləsi aparılıb. Molekulyar Biologiya və Biotexnologiyalar və Botanika institutlarının birgə elmi tədqiqatlarının növbəti mərhələləri müəyyənləşdirilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА